Moskva administrasiyasının “Kremlə hücum” ittihamlarına cavab verən Con Kirbi, “Açığı, bu, gülünc bir iddiadır. ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur” deyib.
Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, Ağ Ev pilotsuz uçuş aparatları (PUA) ilə Kremlə edilən hücumların arxasında Vaşinqtonun dayanması ilə bağlı iddiaları “gülünc” adlandırıb və ABŞ-ın bu hücumlarda iştirakının olmadığını bildirib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qatıldığı televiziya proqramlarında mövzu ilə bağlı danışıb.
Kremlin sözçüsü Dmitriy Peskovun “belə qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilib” açıqlamasına, pilotsuz təyyarələrlə edilən hücumlarda ABŞ-ı ittiham etməsinə gəlincə, Kirbi Peskovun “yalan danışdığını” bildirib.









