ADİU DİSTANT MƏRKƏZDƏN NİYƏ GƏLİR GÖTÜRƏ BİLMİR?  – EKSPERT AÇIQLADI…

ADİU DİSTANT MƏRKƏZDƏN NİYƏ GƏLİR GÖTÜRƏ BİLMİR? – EKSPERT AÇIQLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni təhsil xidmətləri vermək, beynəlxalq təhsil platformalarına inteqrasiya etmək üçün 5 il öncə nəhəng bir Distant Mərkəz qurub. Bu layihəyə milyonlarla investisiya yatırıb. Bu Mərkəz 20 min tələbəyə xidmət göstərmək üçün nəzərdə tutulub, 6 tədris studiyası var. Studiyalarda ən müasir texnologiyalar, elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kameralar, səs avadanlıqları və s. quraşdırlıb. Mərkəzdə bir akademik saat ərzində 6 min tələbəyə dərs keçmək imkanı yaradılıb.

Tribuna.az-ın məlumatına görə, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz hesab edir ki, UNEC-in qurduğu bu Mərkəzlə ötən 5 il ərzində distant formada oxuyan tələbələrə təhsil xidmətini təşkil edə, qoyulan investisiyanı geri qaytara, gəlir götürə bilməyib. Çünki UNEC-in belə bir hüququ yoxdur:

“Elm və Təhsil Nazirliyi distant formada təhsil üçün hətta imkanı olan universitetlərə lisenziya vermir.
Ona görə lisenziya vermir ki, bunun hüquqi əsasları yaradılmayıb. Ona görə əsaslar yoxdur ki, Təhsil haqqında qanunda distant təhsil forması nəzərdə tutulsa da hökumət on illərdi ki, bu Qaydaları hazırlamır.
Beləliklə , “Kimdir günahkar ?” sualının cavabı, qəribə də olsa, hökumətdir. Ən azı, bu sualın doğru cavabı hökumətimizdədir”.