“Vaşinqton Laçın dəhlizinin açılması üçün Bakıya təzyiq göstərməklə yanaşı, Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı da sanksiyalar tətbiq etməlidir”.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Senatının Xarici Əlaqələr Komitəsi çıxış edib.
“Bakı Dağlıq Qarabağın blokadasından 150 gün sonra məlum olur ki, Əliyev humanitar böhran yaradır və kritik infrastruktura elektrik enerjisinin verilməsini kəsir. Laçın dəhlizinin açılması üçün Bakıya təzyiq göstərməklə yanaşı, Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı sanksiyalar masada olmalıdır”, – komitənin “Twitter” səhifəsində qeyd olunub.









