ABŞ kəşfiyyatının keçmiş rəsmisi David Graş, hökumətin “qismən bütöv” yadplanetli nəqliyyat vasitələrinə malik olduğunu deməsindən sonra ABŞ-dan UFO-lara dair sübutları açıqlamağı xahiş edib.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Departamenti təşkilatı daxilində izah olunmayan anormal hadisələrin təhlilinə nəzarət edən keçmiş kəşfiyyatçı David Graş, ABŞ-da insan mənşəli olmayan gəmilərin olduğunu iddia edib.
Qraş Debrief-ə bildirib ki, bu nəqliyyat vasitələri haqqında məlumat qeyri-qanuni olaraq Konqresdən gizlənib.
O, Konqresə maşınlar haqqında məxfi məlumat verərkən hökumət rəsmilərinin qisas aldığını gördüyünü açıqlayıb.
Qraş ABŞ kəşfiyyatında 14 illik karyerasından sonra bu vəzifəni aprel ayında tərk edib.
Milli Hava və Kosmik Kəşfiyyat Mərkəzinin ABŞ kəşfiyyatının əməkdaşı Conatan Qrey “ekzotik materialların” mövcudluğunu təsdiq edərək, “Biz tək deyilik” deyib.
Açıqlamalar son illərdə naməlum obyektlərlə bağlı xəbərlərin artmasından sonra edilib.
2021-ci ildə Pentaqon 140-dan çox açıqlanmayan UAP qarşılaşmasını aşkar edən bir hesabat yayımladı.
Qeyd edək ki, NASA-nın UAP müstəqil tədqiqat qrupunun rəhbəri Dr. David Spergel Guardian-a bildirib ki, Qraşı tanımır və onun iddialarından xəbəri yoxdur. Müdafiə Nazirliyi şərh sorğusuna isə cavab verməyib.









