“ABŞ-IN F-16-LARI UKRAYNAYA GÖNDƏRİLSƏ, NÜVƏ SİLAHI YERLƏŞDİRƏ BİLƏR” – LAVROV

“ABŞ-IN F-16-LARI UKRAYNAYA GÖNDƏRİLSƏ, NÜVƏ SİLAHI YERLƏŞDİRƏ BİLƏR” – LAVROV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ istehsalı olan F-16 qırıcılarının nüvə silahlarını yerləşdirə biləcəyini söylədi və Kiyevi onlarla təchiz etməyin münaqişəni daha da gərginləşdirəcəyi ilə bağlı xəbərdarlıq etdi.

Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Lavrov Tacikistanın Düşənbədəki hərbi bazasında çıxışı zamanı bildirib ki, “Nəzərə almalıyıq ki, F-16-nın modifikasiyalarından biri nüvə silahını yerləşdirə bilər”.

“Əgər onlar bunu başa düşmürlərsə, deməli, hərbi strateqlər və planlaşdırıcılar kimi dəyərsizdirlər”.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski uzun müddətdir F-16 təyyarələri üçün müraciət edib.

ABŞ prezidenti Co Bayden keçən ay G7 liderlərinə Vaşinqtonun F-16 qırıcılarında ukraynalı pilotlar üçün birgə müttəfiq təlim proqramlarını dəstəklədiyini deyib.

Lakin ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan Vaşinqtonun təyyarə göndərməsi ilə bağlı yekun qərarın olmadığını bildirib.