ABŞ HÖKUMƏTİ ERMƏNİSTANI DƏSTƏKLƏYƏCƏYİNİ VƏD EDİRMİ?

ABŞ HÖKUMƏTİ ERMƏNİSTANI DƏSTƏKLƏYƏCƏYİNİ VƏD EDİRMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Entoni Blinkenlə telefon danışığı aparıb, nəticədə baş nazir demək olar ki, heç nə deməyən standart bəyanat verib.

Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, həmsöhbətlər regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyətə toxunublar.

Paşinyan vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar onun Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və Dağlıq Qarabağın tamamilə boşaldılmasına yönəlib.

Azərbaycan-Ermənistan danışıqlar prosesi, o cümlədən Vaşinqtonda keçiriləcək müzakirələr ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səyləri müzakirə ediblər.

Hraparak nəşri qeyd edir ki, ““Entoni Blinken Nikol Paşinyana ABŞ-ın daimi dəstəyini vəd edib” ER hökumətinin yaydığı mətndə Blinkenin dəstəyi barədə heç bir söz olmaması bizə qəribə gəldi. Əgər ABŞ dövlət katibi belə bir fikri söyləsəydi, şübhəsiz ki, ilk növbədə ER hökuməti bunu yayardı”.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin ingilis dilində yazdığı bəyanatına deyilir: “Dövlət katibi Antoni J. Blinken Azərbaycan-Ermənistan sülh danışıqlarının əhəmiyyətini vurğulamaq üçün bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb və ABŞ-ın davamlı dəstəyinə söz verib. Dövlət katibi Blinken bir daha vurğulayıb ki, birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur”.

Hraparak nəşri sonda vurğulayıb ki, “Bütün anlaşılmazlıq ondan irəli gəlirdi ki, Amerika mətnində Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəkdən danışılır. Və biz, əslində, danışıqlara sadəcə dəstək olan, açıq-aydın bizə yaxşı heç nə vəd etməyən, nə qədər ki, məğlub olanların və qorxanların mövqeyindən danışıq aparsaq da o dəstəyin vədini görmürük”