“ABŞ CƏNUBİ QAFQAZDA SÜLHSEVƏR GƏLƏCƏYİ TƏBLİĞ ETMƏYƏ DAVAM EDİR” – PATEL

“ABŞ CƏNUBİ QAFQAZDA SÜLHSEVƏR GƏLƏCƏYİ TƏBLİĞ ETMƏYƏ DAVAM EDİR” – PATEL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhsevər gələcəyə yardım etməkdə davam edir və hesab edir ki, dialoq Azərbaycan və Ermənistan arasında problemlərin həllinin açarıdır.

Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

Diplomat Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında bağlı qapılar arxasında keçirilən danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib. Patel yalnız qeyd edib ki, prosesdə Amerika tərəfdən bir sıra rəsmi şəxslər, o cümlədən ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono iştirak edir.

Vedant Patel bir gün əvvəl keçirilən plenar iclasda ABŞ dövlət katibi Entoni Blinkenin də iştirak etdiyini, bazar günü axşam isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə nahar süfrəsi arxasında görüşdüyünü xatırladıb.

ABŞ Dövlət Departamentinin sözçünün müavini Entoni Blinkenin azərbaycanlı və erməni həmkarları ilə yenidən görüşüb-görüşməyəcəyini də açıqlamayıb.