AAYDA VƏ “ORİON”-E MMC BEYLƏQANIN KƏDNLƏRİNƏ ÜZTÜ BƏZƏK, ALTI TƏZƏK YOLLAR ÇƏKİB… – VİDEO

AAYDA VƏ “ORİON”-E MMC BEYLƏQANIN KƏDNLƏRİNƏ ÜZTÜ BƏZƏK, ALTI TƏZƏK YOLLAR ÇƏKİB… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova məxsus “ORİON”-E MMC sonuncu dəfə 35 il əvvəl təmir edilən Beyləqan rayonu Saru-Su kənd yollarını təmir adı ilə bərbad hala salıb. MMC kənd üçün üstü bəzək, altı təzək bir yol çəkib. AAYDA və onun sevimli iş ortağı “ORİON” şirkəti diqqətini yolun davamlı və keyfiyyətli olmasına yox, dövlət vəsaitini necə mənimsəməyə ayırıb.

Tribuna.az xəbər verir ki, yol problemi ilə bağlı sosial şəbəkədə şikayətini paylaşan vətəndaş Ramin Qurbanovun sözlərinə görə, şirkət dövlət vəsaitini mənimsəyib və kəndə bərbad yol çəkib:

“Ölkədə daha çox pul ayrılan sahələrdən biri də məhz yol infrastrukturu sahəsidir. Açıq desək, ölkədə bu təyinat üzrə milyon manatlarla pullar ayrılıb. Ancaq bir həqiqət də var ki, ayrılan vəsaitin hamısı işin keyfiyyətinə xərclənmir. Demək olar ki, ayrılan vəsaitin yarı faizi iş icraçıları tərəfindən yarılanır. Və bu üzdən də görülən işlər ən qısa zamanda keyfiyyətini və uzun müddətli davamlılığını itirir.

Respublikamızda yol infrastrukturu məsələləri (təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib. Yolla bağlı bütün görülən işlərdə əsas xeyir-dua sahibi məhz bu Agentlik və bu onun sədri Saleh Məmmədovdur. İşin keyfiyyətli və ya keyfiyyətsiz görülməsində də sorumlu elə S. Məmmədovun özüdür.

İnfrastruktur layihələri həyata keçirən podratçı şirkətlər olsalar da, ancaq iş prosesinin necə və hansı üsulla həyata keçirilməsinə nəzarət edən və yekunda təhvil-təslim edən Agentlikdir.

Agentliyin iş birliyində olduğu şirkətlərdən biri də “ORİON”-E MMC hazırda Beyləqan rayonunda, Saru-Su kənd yollarınının təmirini həyata keçirir. Kəndə ilk dəfə 35 il bundan əvvəl yol çəkilib.Ondan sonra kəndə yol çəkilməyib. Bu günlərdə isə kəndə yol çəkilir deyə sevindilər. Ancaq yol çəkilişi zamanı biabırçı bir mənzərə ilə üzləşiblər. Bəlli olub ki, Agentlik üstü bəzək, altı təzək yol çəkir.

Yol infrastrukturu prosesi həyata keçirilərkən yolun alt qatı qaşınıb (firezlənib)götürülür və bərkitmə işi aparıldıqdan sonra, şebel, çınqıl, qrabil və sair kompanentlərdən istifadə olunduqdan sonra üzərindən 12-15 sm asfalt qoyulur. Yol tikintisi zamanı yuxarıda qeyd etdiyim kompanentlər ona görə vurulur ki, yolda çökmə olmasın. Lakin videodan da göründüyü kimi AAYDA-nın sevimli “ORİON” E MMC-si yolun alt qatına şebel, qrabil, çınqıl (bərk materialdan) istifadə etmir, onların yerinə torpaq istifadə edir. Hamsı ki, yol infrastrukturu prosesi zamanı torpaqdan istifadə edilmir. Edilməsi də yolverilməzdir”.

Kənd sakinləri bildirib ki, Agentliyin və MMC-nin gördüyü iş ancaq ayrılan vəsaiti mənimsəməkdir:

“Hələ gördüyü yarıtmaz işləri də qalsın bir tərəfə, həm də torpaqları da ekoloji terrora məruz qoyub. “ORİON”-E MMC yola qrabil, şebel, çınqıl əvəzinə daşıdığı torpağı da yaxın ərazidən daşıyaraq yola tökür. Onların bu qanunsuzluqları da kənd sakinləri tərəfindən narazılıqla qarşılanıb. Bu da Azərbaycanın Respublikası İnzibati Xətalar Məcəlləsinin 243-cü maddəsinin tələblərinin pozulması deməkdir. Hər halda bu məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət bildirəcək”.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfində fikirlərini işıqlandırmağa hazırıq.

Tribuna.az