93 yaşlı avstraliyalı həkim Con Levin bu yaşda ata olub. Onun 37 yaşlı həyat yoldaşı Yanin Lu yaxın günlərdə övlad dünyaya gətirib.
Tribuna.az xəbər verir ki, Antiqocalma tibbinin mütəxəssisi olan Levin üçün bu, üçüncü övladdır. Həkimin böyük oğlu beş ay əvvəl 65 yaşında vəfat edib.
Levin gələcək həyat yoldaşı ilə ilk həyat yoldaşının ölümündən sonra tanış olub. Həmin vaxt Lu ona dil müəllimliyi edib. Daha sonra münasibətə başlayan cütlük 2014-cü ildə, Levin 82, Lu isə 26 yaşında olarkən evlənib.
93 yaşlı həkim özünü hələ də gənc hiss etdiyini deyir. O, spirtli içki və siqaret istifadə etmir, vegetarian qidalanır, günorta saatlarına qədər yemək yemir və həftədə iki dəfə idman zalına gedir.
İmran Kərimli











