ABŞ Prezidenti Donald Tramp kommunistlərlə bağlı qeyri-adi açıqlaması ilə diqqət çəkib.
Tribuna.az TASS-a istinadən xəbərinə görə, Tramp avqustun 21-də Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı kommunistlərin xoşbəxt olmadığını bildirib.
“Xoşbəxt kommunist görmüsünüz? Kommunistlərin güldüyünü görmüsünüz? Mən heç vaxt görməmişəm. Mən kommunistləri tanımışam. Onlar heç vaxt gülmürlər. Onlar bədbəxt insanlardır”, – deyə Tramp bildirib.
ABŞ lideri çıxışı zamanı noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində kommunizmi “məğlub edəcəyini” də vəd edib.
Tramp həmçinin ABŞ qanunlarının dəyişdirilərək ona prezident seçkilərində üçüncü dəfə namizəd olmaq imkanı verilməsini istədiyini və bunun onu xoşbəxt edəcəyini deyib.
İmran Kərimli









