Krasnodarda PUA hücumu: Limanda yanğın baş verdi

Krasnodarda PUA hücumu: Limanda yanğın baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində Rusiyanın Krasnodar diyarındakı limanda yanğın baş verib.

Tribuna.az-ın xəbərinə görə, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev öz sosial şəbəkə hesabında məlumat verib.

“PUA-nın qalıqları həmçinin limanın ərazisində yerləşən müəssisəyə də düşüb. Hazırda orada yanğın söndürülür”, – deyə o yazıb.

Dronların düşdüyü yerdə əməliyyat xidmətləri işləyir.

Veniamin Kondratyev həmçinin bildirib ki, Kubanın Yeysk rayonunda dron zərbəsi nəticəsində iki uşaq həlak olub. Onun sözlərinə görə, səhər Ukrayna Silahlı Qüvvələrinin dron zərbəsi rayonun özəl sektorundakı yaşayış binalarına və mülki infrastruktur obyektlərinə dəyib.

“Ailə zərər görüb. İki uşaq ölüb, iki böyük isə xəstəxanadadır”, – deyə o bildirib.

Dronlardan birinin parçaları həmçinin Yeysk limanındakı bir müəssisənin ərazisinə düşüb və orada yanğın baş verib və artıq söndürülüb. Əməliyyat bölmələri özəl sektorda PUA-nın düşdüyü yerdə işlərini davam etdirir.