Türkiyənin tanınmış iş adamı Ali Ağaoğlu yenidən ata olmağa hazırlaşır.
Tribuna.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, 72 yaşlı iş adamının 15 ildir birlikdə olduğu Bige Yıldırımer hamilədir.
İddialara əsasən, 36 yaşlı Bige Yıldırımer üç aylıq hamilədir.
Hazırda beş övladı və beş nəvəsi olan Ali Ağaoğlu üçün bu, altıncı dəfə ata olmaq sevinci olacaq.
Məlumata görə, körpə xəbərini aldıqdan sonra sevincini gizlədə bilməyən iş adamı Bige Yıldırımerə Bodrumda dəbdəbəli yay evi hədiyyə edib.
Qeyd edək ki, Ali Ağaoğlu sonuncu dəfə 2013-cü ildə oğlu Ali Egenin dünyaya gəlməsi ilə beşinci dəfə ata olmuşdu.
Aradan 13 il keçdikdən sonra onun yenidən ata olacağı ilə bağlı iddialar Türkiyə maqazin gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Gelşən Rəsul










