Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi növbəti tenderinin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, qurum tabeliyində olan avtonəqliyyat vasitələrinin təmiri, ehtiyat hissələrinin alınması və servis xidmətini həyata keçirəcək.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “SK SERVİS” MMC olub. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi avtomobillərinin təmirinə 288 min 821 manat pul ödəyəcək.
Xatırladaq ki, sözügedən qurum ötən ilin dekabrndan indiyə qədər ümumi dəyəri 1 milyon 221 min 500 manat dəyərində 14 avtomobil alıb. Əksəriyyəti “Cip” model olan maşınlar əsasən “Toyota Azərbaycan” şirkətindən alınıb.
Fərda Uğur









