537 minə yaxın qaçqın Ukraynaya qayıdıb.
TİA.AZ “Euronews”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumat yayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından verilən məlumata görə, münaqişə başlayandan indiyədək təxminən 4,2 milyon insanın Ukraynanı tərk edib. Bu rəqəm ötən günlə müqayisədə təxminən 39 min nəfər çoxdur.
Ukraynalı qaçqınların yarıdan çoxu Polşa tərəfindən qəbul edilib. Müqayisə üçün bildirək ki, Rumıniyaya təxminən 4 dəfə az qaçqın üz tutub. Sonrakı yerləri Moldova, Macarıstan və Slovakiya tutur. Rusiya və Belarus əsasən Donbassdan olan 360 mindən çox insanı qəbul edib.









