340 minlik audit tenderi – BU ŞİRKƏTƏ VERİLDİ

340 minlik audit tenderi – BU ŞİRKƏTƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondu audit xidməti ilə bağlı tenderin nəticələrini açıqlayıb.
Tribuna.az FED.az-a istinadla xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondunun Aparat və digər struktur bölmələri üçün 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması” tenderinin qalibi “KPMG Audit Azərbaycan” MMC (VÖEN: 1402738501) seçilib.

Qalib şirkətə 340 021 manat ödəniləcək.

“KPMG Audit Azərbaycan” MMC 06.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 min manatdır. Qanuni təmsilçisi Vitaly Yakulyev-dir. Hüquqi ünvanı Az1010, Baki Şəhəri Nəsimi Rayonu, Neftçilər Pr., Ev 153, Port Baku Biznes Mərkəzi, Mərt.12-də yerləşir.