13 YAŞLI QIZLA NİŞANLANAN DUL KİŞİ HƏBSƏ GEDİR – İKİ MADDƏ…

13 YAŞLI QIZLA NİŞANLANAN DUL KİŞİ HƏBSƏ GEDİR – İKİ MADDƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

13 yaşlı məktəblinin valideynləri tərəfindən 37 yaş dul kişiyə ərə verilməsi hadisəsinin ictimailəşməsindən sonra aidiyyatı qurumlar hərəkətə keçdi. Azyaşlı və onun özündən balaca bacısı ailədən alınaraq dövlətin sosial sığınacağına yerləşdiriləcək. Həmçinin ailə ilə də müəyyən iş aparılacağı və nəzarətdə saxlanılacağı deyilir. Lakin azyaşlı ilə evlənməyə cəhd edən, 13 yaşlı qızı özünə arvad etməyə çalışan 37 yaşlı kişini hansı cəzanın gözlədiyi məlum deyil.

Tribuna.az yazır ki, baş tutmuş nişan ictimailəşməsəydi 37 yaşlı kişi 13 yaşlı məktəbli ilə qeyri-rəsmi ailə quracaqdı. Bu isə cinayətdir.

Hüquqşünasların fikrincə, azyaşlı ilə evlənməyə cəhd edən 37 yaşlı “bəy”ə bir neçə maddə isə cinayət işi açılmalıdır. Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə həmin şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
152.2. maddəsinə görə isə eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
37 yaşlı şəxsə bu maddələrlə cinayət işi açılsa, onu 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.