Zimbabveli hücumçu da “Qarabağ”a keçməkdən imtina etdi

Zimbabveli hücumçu da “Qarabağ”a keçməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adı “Qarabağ”ın da transfer siyahısında olan Zimbabve millisinin futbolçusu Xama Billiat karyerasını Avropada deyil, Cənubi Afrikada davam etdirəcək.

Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu “Kayzer Çifs” klubu ilə iki illik müqavilə bağlayıb.

Bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Billiatın Cənubi Afrika klubunu seçməsi gözlənilməz olub. Buna qədər onun karyerasını Avropada davam etdirəcəyi ehtimal edilirdi.