Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam edir.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, Adıyamanda dağıntılar altında qalan binada aparılan axtarışlar zamanı zəlzələnin 97-ci saatında səsi təqib edən qruplar məhəbbət quşu ilə qarşılaşdı.
Fövqəladə Hallar Rəhbərliyi-nin könüllüsü Nevzat Özdemir quşa su və yem verərək quşa “Möcüzə” adı verib və onu sahiblənib.











