Zəlzələdə ölənlərin sayı 43 mini ötdü

Zəlzələdə ölənlərin sayı 43 mini ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 43 556 nəfərə çatıb.

Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.