Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Siirt Universiteti İnşaat Mühəndisliyi fakültəsinin baş müəllimi Dr. Mahmut Durmaz və müəllimlər qrupu dağıntının səbəblərini araşdırmaq üçün Malatyaya gedib.
Tribuna.az Hürriyet-ə istinadən xəbər verir ki, bölgədə 5 gündə dağılan 40 binaya baxış keçirdiklərini bildirən Durmaz, “Betonda taxta, gil kimi yad maddələr var idi” deyib.
Zəlzələ bölgəsində araşdırma aparan Durmaz və komandası dağıntılardan nümunələr götürərək müayinə ediblər.













