ZELENSKİNİN AVROPA TURU: LONDONDA HANSI GİZLİ QƏRARLAR VERİLDİ

ZELENSKİNİN AVROPA TURU: LONDONDA HANSI GİZLİ QƏRARLAR VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti V. Zelenskinin Qərbə səfəri yeni hücum əməliyyatlarına hazırlığın tərkib hissəsidir.

Tribuna.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Londona səfər edib, oradan da Brüsselə səfər edəcək. Siyasi şərhçi Mıhəmməd Əsədullazadənin fikrincə, V. Zelenski hakimiyyət strukturlarında islahatlar apardıqdan sonra bu səfəri təsadüfi deyil:

“Rusiya hərbi kəşfiyyatı Qərbin müəyyən mərkəzləri tərəfindən Zelenskinin komandasına sizaraq hakimiyyətin monolitliyini pozmuşdu.

İngiltərə MI6 və ABŞ CİA vaxtında V. Zelenskinin qoruya bildilər. Demək olar ki, Ukraynada hakimiyyət yenidən formalaşıb və Rusiya ordusuna qarşı hücum əməliyyatına hazırlıq davam edir. V.Zelenskinin Qərbə səfəri yeni Qərblə Ukrayna arasında koalisiyanın sarsılmaz və iqtidarının möhkəm olduğunun mesajıdir.

Bu səfər çərçivəsində aparılan danışıqlarda Ukraynaya ağır silahların tədarükündə gecikmələrə son qoyacaq. Həmçinin Avropa İttifaqında müəyyən fikir ayrılıqları ilə bağlı məsələlər var. Bu səfərdə bir sıra açıq qalan məsələlər həll edilə bilər”.

M.əsədullazədi bildirib ki, Rusiya Ukrayna müharibəsinin təsirləri regionumuza təsir edir və oradakı proseslərdən düzgün nəticə çıxarmaq mütləqdir.