Kocaelinin Dilovası rayonunda fabrikdə kimyəvi maddədən zəhərlənən 2 nəfər həyatını itirib. Ölənlərin fabrikin sahibləri olduğu öyrənilib.
Tribuna.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Dilovası rayonunun Çərkeşli ərazisində fəaliyyət göstərən kimya fabrikində iki nəfər huşsuz vəziyyətdə tapılıb.
Xəbərdarlıqdan sonra hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib.
Kimyəvi maddədən təsirləndiyi ehtimal edilən 2 nəfəri aparıldıqları xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Jandarma qrupları fabrikdə araşdırma aparıb.
Ölümün dəqiq səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Həyatını itirənlərin fabrik sahibləri Murat Duran və Yücel Keleş olduğu öyrənilib.









