“Z” nəsli Böyük Britaniyanı 168 milyard dollar ziyana salıb

“Z” nəsli Böyük Britaniyanı 168 milyard dollar ziyana salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya işləməyən və təhsil almayan zumerlər (“Z” nəsli) səbəbindən hər il təqribən 125 milyard funt-sterlinq (təxminən 168 milyard dollar) itkiyə məruz qalır.

Tribuna.az  xəbər verir ki, bu barədə “The Guardian” nəşri xəbər yayıb.

Hazırda ölkədə “ni-ni” (nə oxuyan, nə də işləyən) nəslinə aid edilən təxminən bir milyon gənc yaşayır. Bu şəxslər heç bir yerdə işləmir, təhsil almır və peşə hazırlığı keçmirlər. 2008-ci il böhranı və koronavirus pandemiyası dövründə böyüyən gənclər hazırda ciddi problemlərlə üz-üzədirlər. Britaniyada yaşayış xərcləri artır, dövlət xidmətləri azalır və süni intellektin inkişafı əmək bazarında əsaslı dəyişikliklərə səbəb olur.

Bununla yanaşı, ölkədə gənclər xidmətlərinə ayrılan xərclər 1.3 milyard funt-sterlinq və ya 76% azalıb. Minlərlə gənclər klubu fəaliyyətini dayandırıb, bir çox sosial işçilər vəzifələrini tərk ediblər.

Məqalədə qeyd olunur ki, hökumət mənfi sosial nəticələrin qarşısını almaq üçün vəsait ayırmaq əvəzinə, uğursuzluğun fəsadlarına külli miqdarda pul xərcləməyə üstünlük verib. Belə ki, gənclərin məşğulluğuna yönəldilən hər 1 funt-sterlinqə qarşılıq müavinətlər üçün 25 funt-sterlinq xərclənir. Nəşrin qənaətinə görə, gənclərin işə və təhsilə qaytarılması istiqamətində nəticə əldə olunmadan dövlət xərcləri artmaqda davam edəcək.