Yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat olacaq

Yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.

Tribuna.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.Layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu  əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Tribuna.az