XİN TEHRANDAKI SƏFİRLİYİMİZƏ TERRORLA BAĞLI TƏCİLİ AÇIQLAMA YAYDI: KALAŞNİKOVLA….

XİN TEHRANDAKI SƏFİRLİYİMİZƏ TERRORLA BAĞLI TƏCİLİ AÇIQLAMA YAYDI: KALAŞNİKOVLA….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı açıqlama yayıb.

Tribuna.az-ın xəbərinə görə, hücumun bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verdiyi bildirilir.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!