“WhatsApp”dan hər kəsi sevindirəcək YENİLİK

“WhatsApp”dan hər kəsi sevindirəcək YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“WhatsApp” Android və iOS istifadəçilərinə fayl paylaşmaq üçün nəzərdə tutulan limiti artırır.
Bu barədə məlumatı “WABetaInfo” dərc edib.

Belə ki, “WhatsApp” istifadəçiləri artıq 100-ə qədər foto və video paylaşa biləcək. Daha əvvəl bu say 30 idi.

Hazırda sınaq mərhələsində olan funksiya tezliklə istifadəyə veriləcək.
Həmçinin “WhatsApp”ın digər yeni funskiyaları da açıqlanıb:
1) Sənəd başlığı: İstifadəçilər sənəd göndərərkən başlıq əlavə edə biləcəklər. Bu da göndərilən sənədin məzmununu təsvir etmək üçün şərait yaradır.
2) Fərdiləşdirilmiş avatarlar yaratmaq: İstifadəçilər stiker və profil şəkli kimi istifadə edilə biləcək avatar yarada biləcəklər.