Vilayət Eyvazov Qobunun rəisini işdən çıxartdı – Yeni təyinat

Vilayət Eyvazov Qobunun rəisini işdən çıxartdı – Yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifəsindən azad olunub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
S. Qayıbovun vəzifəsi Rasim Salahova həvalə edilib.
O, Abşeron Polis Bölməsində baş əməliyyat müvəkkilidir.
Həmçinin bölmədə yoxlamalar aparılır. Nəticələri barədə məlumat verilməyib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev faktı Bakupost.az –a təsdiqləyib.
Qeyd edək ki, S. Qayıbov 2021-ci ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.