Vardanyanın “dərdi”: “Ermənilər Bakı və Sumqayıta qayıtmalıdır”

Vardanyanın “dərdi”: “Ermənilər Bakı və Sumqayıta qayıtmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Azərbaycanın dövlət siyasəti Ermənistan üçün təhlükə yaradır. Biz hesab edirik ki, Ermənistanın resursları məhz bu təhdidlərin qarşısını almağa yönəldilməlidir”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə “Haystan” blokundan deputat Kristin Vardanyan çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan dövlət məqsədli siyasəti yürüdür və onun əsas xarici siyasət məqsədlərindən biri Ermənistanda azərbaycanlıların məskunlaşdırılmasıdır. “Məsələ say deyil. Onların məsələsi daxili işlərimizə müdaxilə etmək üçün limitsiz sayda alətə sahib olmaqdır”.

Vardanyan bununla kifayətlənməyərək,”təklif” də verib. “Ermənistan XİN-i çoxdan Bakı, Sumqayıt və digər Azərbaycan şəhərlərində yaşayan və Azərbaycanı tərk edən ermənilərin hüquqlarını qorumaq üçün paketlər hazırlamalı idi. Dövlət və qeyri-dövlət qurumları vasitəsilə Qarabağ ermənilərinin geri qayıtmaq hüququnu müdafiə etməklə məşğul olmalıydı”.

P.S. Vardanyanın dərdi məlumdur. O, yenə də daşnak təfəkküründədir və elə zənn edir ki, erməniləri geri qaytarmaq mümkündür. Daha anlamır ki, ermənilər heç vaxt Bakı və Sumqayıtın köklü əhalisi olmayıb. Onlar rusların sayəsində məqsədli şəkildə Azərbaycanın içinə “saatlı bomba” kimi yerləşdirilmiş toplum olublar.

Fərda Uğur