Azərbaycan-Naxçıvan dəmiryolu TRİPP-də varmı?

Azərbaycan-Naxçıvan dəmiryolu TRİPP-də varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistranda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Tribuna.az xəbər verir ki, buna səbəb həmin ölkənin baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalardır.

Həmin açıqlamalarda qeyd edilirdi ki, bu layihə çərçivəsində Azərbaycanla dəmir və avtomobil yollarının birləşdirilməsi, gələcəkdə qaz kəmərinin çəkilməsi və digər işlərin görülməsi nəzərdə tutulub.

Lakin Ermənistanda bir qrup siyasətçi iddia edir ki, TRİPP layihəsi dəmiryolunun birləşdirilməsini ehtiva etmir. Onlardan biri də erməni siyasətçi Hrayr Kamendatyandır. O iddia edir ki, “TRIPP-də Azərbaycan dəmir yolunun Ermənistan dəmir yoluna qoşulması tələbi yoxdur”.

Əslində, Komendatyan sərsəmləyib. Ona görə ki, TRİPP layihəsində Azərbaycanla Naxçıvanın sərbəst nəqliyyat marşrutuna sahib olması açıq şəkildə qeyd edilib. Bəs, həmin sərbəst yolun açılması üçün dəmir və avtomobil yolu olmadan, necə həyata keçirilə bilər? Əgər qeyd edilən xətlər olmayacaqsa, yeganə hava yolu qalır ki, o, dünən də var idi, bu gün də.

Fərda Uğur