Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib.

Tribuna.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, o, Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

İrakli Çikovani səfər çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) ziyarət edib.

Nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini Davit Kupatadze və Müdafiə Qüvvələri komandanının müavini, general-mayor Zaza Çxaidze daxildir.