Müəllimlər niyə kütləvi şəkildə istefa verir?

Müəllimlər niyə kütləvi şəkildə istefa verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda maraqlı bəzi hadisələr baş verir.

Tribuna.az xəbər verir ki, son bir ayda orta məktəblərdə dərs deyən müəllimlərin kütləvi şəkildə istefa verdiyi məlum olub.

Yerli media bunu onların əmək haqlarının azlığı ilə izah edirlər. Həmçinin sosial təminatlarının aşağı olması məsələsini də qeyd edilər. Lakin digər mənbələr məsələnin əmək haqqı ilə birbaşa bağlantılı olmasını məqbul versiya saymırlar. Onlar bildirirlər ki, müharibə dönəmində xeyli sayda müəllimin həbs edilməsi, onların mütəmadi olaraq hökumətin keçirdiyi aksiyalara cəlb olunması əsas amillər sırasındadır.

Bəzi məlumatlara görə, yanvar etirazlarından sonra həbs olunan müəllimlərin sayı 100 nəfəri keçib. Hətta İran Müəllimlərin Həmkarlar İttifaqı bu hadisəni qınayan və etiraz edən bəyanat da yayıb.

Fərda Uğur