30.09.2026-cı il tarixində saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Tribuna.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, Kürdəmirdə “Günəş” şadlıq sarayında zəhərlənmə hadisəsi qeydə alınıb.Belə ki, mərasim iştirakçıları qidadan zəhərlənib. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.









