Müğənni Lətifə mahnısının aranjemanını icazəsiz götürən həmkarına xəbərdarlıq edib.
Tribuna.az-ın xəbərinə əsasən, Lətifə qeyd edib ki, aranjeman üçün böyük əmək sərf olunur və buna görə ən azı icazə alınmalıdır:
“Mahnılarımı götürüb aranjeman edəndə heç olmasa icazə alın. Həddindən artıq əmək var. Aranjeman Türkiyədə olub. Amma icazə almaq lazımdır. Paxıl biri deyiləm. Nəyisə istəyirsinizsə, oğurlamaq lazım deyil. Sadəcə soruşun ki, “Lətifə, olar sənin aranjemanında oxuyum?” Bu da bir mədəniyyətdir. Buna böyük məbləğ xərclənib”.









