TRİPP Rusiyaya qarşı yönəlib?

TRİPP Rusiyaya qarşı yönəlib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda TRİPP adlanan, əslində isə Zəngəzur dəhlizi olan layihənin müzakirələri yenidən qızışıb.

Tribuna.az xəbər verir ki, Rusiyaya bağlı müxalifət layihənin əleyhinə çıxmaqla yanaşı, həm də onun perspektivini “gözdən salmaq” üçün ciddi cəhdlə çalışır.

Belə ki, Ermənistan “Konstitusiya Hüququ Birliyi” partiyasının sədri Hayk Babuxanyan iddia edib ki, hazırkı formasında olan TRIPP, yəni “Tramp Yolu” Ermənistan üçün zərərlidir. Onun iddiasına görə, TRIPP Rusiyaya qarşı qarşıdurma layihəsidir.

Babuxanyan hesab edir ki, indiki şəraitdə layihənin həyata keçirilməsi Rusiya ilə Ermənistan arasında münasibətləri gərginləşdirəcək. O, həmçinin İranın da məsələyə müsbət yanaşmayacağını qeyd edib.

Fərda Uğur