Azərbaycan millisi Lixtenşteynlə üz-üzə gələcək

Azərbaycan millisi Lixtenşteynlə üz-üzə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

Tribuna.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun komandası 2-ci turda Lixtenşteynlə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristian-Petru Çoçirka olacaq.

Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub.

Hazırda Azərbaycan və Lixtenşteyn D Liqasının 2-ci qrupunda müvafiq olaraq 1 və 0 xalla mübarizə aparır. Bu qarşılaşma hər iki komandanın qrupdakı ilk qələbəsi uğrunda mübarizəsi baxımından əhəmiyyət daşıyır.

Millətlər Liqası
D Liqası
II qrup

1 oktyabr
20.00 Azərbaycan – Lixtenşteyn
Hakimlər:
Kristian-Petru Çioxirka, Maksimilian Vays, Mixael Obritsberger, Şafak Barmaksız (Avstriya).
VAR: Manuel Şüttenqruber (Avstriya).
AVAR: Alexander Harkam (Avstriya).
Tofiq Bəhramov adına Respublika sadionu.