“Mançester Siti” Premyer Liqadan xaric edilə bilər

“Mançester Siti” Premyer Liqadan xaric edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Liza Nendi bildirib ki, klub maliyyə pozuntularında təqsirli bilindikdən sonra “Mançester Siti” Premyer Liqadan xaric edilə bilər.

Tribuna.az xəbər verir ki, bu barədə “ESPN” məlumat yayıb.

Müstəqil komissiyanın araşdırması göstərib ki, 2009/10-2017/18 mövsümləri arasında “Mançester Siti” saxta kommersiya müqavilələrindən istifadə edib, maliyyə hesabatlarını təhrif edib və klubun maliyyə vəziyyətinin real mənzərəsini gizlədib. Premyer Liqanın bildirdiyinə görə, bu sxemlər gəlirlərin süni şəkildə artırılmasına, xərclərin isə 900 milyon funt sterlinqdən çox məbləğdə aşağı göstərilməsinə imkan verib.

“Son tədbir kimi klubun Premyer Liqadan xaric edilməsi mümkün ola bilər”, deyə Nendi qeyd edib.

Cəza qapalı rejimdə müəyyənləşdiriləcək. Mümkün sanksiyalar arasında cərimə, xalların silinməsi və ya APL-dən xaric edilmə var.

“Mançester Siti” isə komissiyanın nəticələrinin səhv olduğunu bildirib və onların ləğvi üçün mübarizə aparacağını açıqlayıb. Klub 2008-ci ildə şeyx Mənsurun nəzarətinə keçdikdən sonra İngiltərə çempionatını səkkiz dəfə, Çempionlar Liqasını isə bir dəfə qazanıb.