Bu ərazidə su olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazidə su olmayacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonunda yerləşən magistral su kəmərində planlı tikinti-bərpa işləri həyata keçiriləcək.

Bu barədə Tribuna.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilir ki, aparılan təmir işləri ilə əlaqədar sabah – 2 oktyabr tarixində saat 09:00-dan axşam saatlarınadək rayonun bəzi ərazilərinə içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.