Məlum olduğu kimi, ermənilər uzun illər Azərbaycan və indiki Ermənistan ərazisində qədim alban xalqının mədəniyyətini və onların timsalında bölgəyə gəlmiş xirstianlığı mənimsəyərək, onlardan öz məqsədləri üçün istifadə edirlər.
Tribuna.az xəbər verir ki, Qarabağ, habelə Azərbaycanın müxtəlif yerlərində mövcud olan alban kilsələri və mədəniyyət nümunələrinin bu xalqın mirası olduğu tarixçilər tərəfindən təsdiqlənib.
Lakin hər millətdən bir şey oğurlayan ermənilər, xüsusən də erməni kilsəsi indi tarixdən silinmiş qədim albanların axtarışına çıxıb. Ermənistanın Byurakandakı Müqəddəs Con Kilsəsinin pastoru keşiş Vrtanes Baqalyan iddia edib ki, guya, Naxçıvandan Qəbələyə qədər mövcud olan qədim alban və udin kilsələri onlara “məxsus” olub. O həyasızcasına iddia edib ki, guya, Qarabağdakı alban kilsələri də onlarındır.
Amma bu bisavad keşiş sonda alban və udinlərin “axtarşı”na çıxaraq, mövcud mdəniyyət nümunələrinin onlara aid olmadığını deyib. Bu azmış kimi, qədim albanları da “erməni” çıxarıb. “Madam ki, Qarabağda və digər ərazilərdəki qədim kilsələr albanlara və udinlərə məxsus olubsa, bəs onda bu mədəniyyəti yaradan xalq haradadır?”
P.S. Bu kəmağıla biri başa salmalıdır ki, tarixdə bir çox xalqlar bu və ya digər səbəbdən yox olublar. Məsələn, latın xalqı yoxdur, amma dili, mədəniyyəti, tarixi bu gün də mövcuddur. Qədim albanlar da latınlar kimi, bu və ya digər səbəbdən ya assimliyasiya olunublar, ya da xalq olaraq funksiyalarını itiriblər.
Bir digər məqam da odur ki, əgər keşişin iddia etdiyi kimi, udinlər “erməni”dirsə, o zaman həmin xalqın nümayəndələri hazırda Azərbaycan Respublikasının ərazisində niyə məskunlaşıblar? Əgər “erməni” əsillidirsə, niyə hazırkı Ermənistan Respublikasının ərazisində bircə kənd,hətta məhəllələri niyə yoxdur?
Fərda Uğur









