Moskva meri Sergey Sobyanin özünün Telegram kanalında terrorla mübarizə çərçivəsində paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Tribuna.az-ın xəbərinə görə, Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev də mövcud vəziyyətlə əlaqədar təhlükəsizliyin qorunması üçün lazımi tədbirlərin görüldüyünü bildirib və “Vətəndaşları şəhər mərkəzinə getməməyə və evdə qalmağa çağırıram” deyib.
Lipetsk vilayətinin qubernatoru İqor Artamanov bölgədə tədbirlərin gücləndirildiyini vurğulayaraq, “Əhəmiyyətli infrastruktur obyektlərinə xüsusi diqqət yetiriləcək. Bundan əlavə, sakinlərə cənuba, xüsusilə Voronej vilayətinə getməməyi tövsiyə edirəm”. deyib.
Voronej administrasiyasından verilən açıqlamada, hərbi maşın karvanlarının M4 federal magistral yolu ilə hərəkət etdiyi, buna görə də mülki şəxslər tərəfindən istifadə edilməməsi qeyd edilib.
Vaqnerin qurucusu Yevgeni Priqojin Moskva şossesində vertolyotun Vaqner tərəfindən vurulduğunu iddia edib.
Onun sözlərinə görə, “Bir daha hamını xəbərdar edirəm. Bizi heç kim aradan qaldıra bilməz. Hədəfimiz var. Hamımız ölməyə hazırıq. Çünki vətən və rus xalqı üçün ölürük. Rus xalqını dinc əhaliyə atəş açanlardan xilas etmək lazımdır. Rostovda mülki şəxsləri sadəcə olaraq helikopterlərdən atəşə tutublar. Pilotlardan biri atəş əmrinə tabe olmayıb”.












