Ulduz ifaçı FOTOLARI ilə göz qamaşdırdı

Ulduz ifaçı FOTOLARI ilə göz qamaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur britaniyalı müğənni Dua Lipa İtaliyanın məşhur kurort şəhəri Portofinoda istirahət edir.

Tribuna.az xəbər verir ki, 30 yaşlı sənətçi rəfiqələri ilə birlikdə keçirdiyi səfərdən sosial şəbəkədə görüntülər paylaşıb.

Müğənni dəniz kənarında rəngarəng bikinidə çəkilmiş fotolarını, rəfiqələri ilə əyləncəli anlarını və İtaliyadakı istirahətindən müxtəlif kadrları izləyicilərinə təqdim edib. Paylaşımında italyanca “Baci” (“öpüşlər”) sözündən də istifadə edib.

Məlumata görə, səfərin əsas səbəbi Dua Lipanın yaxın rəfiqəsi Ella Jenkinin toyudur. Müğənni dostları ilə birlikdə toyöncəsi tədbirlərdə iştirak etmək üçün Portofinoya gedib.

Gülşən Rəsul