Ukraynanın müdafiə naziri Aleksey Reznikov müharibədə ukraynalı itkilərin sayını Türkiyədə zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə üzr istəyib.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbərinin “Twitter” səhifəsində bildirilir.
“İspaniyanın “La Razon” qəzetinə verdiyi müsahibədə şərhlərimdən inciyən Ukrayna və ya Türkiyədə hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Ukraynalılar türk xalqına rəğbət bəsləyirlər. Minlərlə günahsız insanı, dostları, qonşuları dəfn etməyin nə olduğunu başa düşürük. Mən türk dostlarımıza Rusiya işğalının başlanğıcından bəri Krımla bağlı sarsılmaz dəstəyə və qəti mövqeyə görə minnətdaram”.
Aleksey Reznikov Ukraynanın müharibədə verdiyi ümumi itkiləri dəyərləndirərək, bunların Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə ölənlərin sayından az olduğunu qeyd edib. Türkiyədə təbii fəlakətlərdə 50 mindən çox insanın öldüyü məlumdur.









