Ukrayna kəşfiyyatı fevralın 24-də Rusiyanın genişmiqyaslı hücumunun ildönümündə Moskvaya kütləvi zərbələr planlaşdırıb, lakin ABŞ-ın xahişi ilə bundan imtina edib.
Tribuna.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” bildirib.
“Bəzi ABŞ rəsmiləri Rusiyaya, xüsusən də ABŞ silahları ilə hücuma çox riskli əməliyyat kimi baxıblar. Onların fikrincə, bu, Putin üçün o qədər hədələyici görünə bilərdi ki, o, taktiki nüvə silahından istifadə edərdi”, – deyə qəzetin ABŞ kəşfiyyatının məxfi sənədlərinə istinadən yazıb.









