Ukrayna əhalisi ötən il 233 min nəfər azalıb

Ukrayna əhalisi ötən il 233 min nəfər azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Ukrayna əhalisi 233 min nəfər azalıb.

TİA.AZ “Report”a istinadən bildirir ki, bu barədə ölkənin Dövlət Statisitika Xidməti məlumat yayıb.

Bu ilin 1 yanvarına olan məlumata görə, ölkə əhalisi 42 153 200 nəfər təşkil edib. Bildirilir ki, 2018-ci ildə ölkə sakinlərinin sayı 233,2 min nəfər azalıb.

 Dövlət xidmətinin məlumatına görə, ölkədə hər 100 ölüm faktına 57 doğuş düşür. Dövlət Xidməti daha əvvəl bildirib ki, 2018-ci ilin yanvar-noyabrında 208,8 min nəfər azalıb.

Qeyd edək ki, bu, ilk statistik göstərici deyil. Belə ki, 2017-ci ildə Ukrayna əhalisinin 198,1 min nəfər azaldığı məlum olub.