UEFA Avropa Liqası: “Qarabağ” “Vestri” ilə qarşı-qarşıya

UEFA Avropa Liqası: “Qarabağ” “Vestri” ilə qarşı-qarşıya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” UEFA Avropa Liqasının 2026/2027 mövsümündə bu gün ilk oyununu keçirəcək.

Tribuna.az xəbər verir ki, “Qarabağ” Bakıda İslandiyanın “Vestri” komandasını qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.