Xətai rayonunda qonşular arasında dava zamanı bir nəfər xəstəxanalıq olub.
Tribuna.az xəbər verir ki, hadisə İbrahim Əbilov küçəsində qeydə alınıb.
Həmin küçədə yerləşən fərdi yaşayış evinin sahibi 1983-cü il təvəllüdlü Cəlilova Nuriyyə Bəxtiyar qızı qonşusu ilə mübahisə edib. Bu mübahisə davaya çevrilib.
Nəticədə qadın bıçaqlanıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.









