Türkiyədəki zəlzələ nəticəsində həlak olanların sayı 2 921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Tribuna.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.









