Türkiyənin Şanlıurfa əyalətində məktəb-liseye hücum edərək 18 nəfərin ağır yaralanmasına səbəb olan məktəblinin günlər əvvəl sosial şəbəkədə bu barədə yazdığı üzə çıxıb.
Tribuna.az xəbər verir ki, hücumu həyata keçirən 2007-ci il təvəllüdlü Ömər Ket bir müddət əvvəl bu barədə yazıb.
Belə ki, sosial şəbəkə hesabından məktəbin İnstagram hesabındakı paylaşıma təhdit xadakterli rəylər yazdığı məlum olub.
“Hazır olun, bu məktəbdə bir neçə gün sonra hücum olucak. Hazır olun, qunduzlar”, – deyə o, paylaşımında qeyd edib.
Xatırladaq ki, Türkiyədə məktəbə silahlı hücum nəticəsində 18 nəfər yaralanıb. Hadisəni törədən şəxs hadisədən özünü də silahla vurub.
Nigar İxtiyarqızı











