Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı binanın ətrafında yolların uzun illərdir bərbad vəziyyətdə olması sakinləri narazı salır.
Tribuna.az xəbər verir ki, sakinlırin sözlərinı görə sözügedın tol artıq illərdir bu vəziyyətdədir.
Sakinlər deyir ki, ərazidə asfalt örtüyü tamamilə dağılıb, yolda yaranan çuxurlara yağış suları dolaraq böyük gölməçələr əmələ gətirir.
Sakinlərin sözlərinə görə, yağışlı havalarda binanın həyətindən çıxmaq, eləcə də əraziyə daxil olmaq mümkün deyil.
Gölməçələr piyadaların hərəkətinə mane olur, sakinlər gündəlik gediş-gəliş zamanı problemlə üzləşirlər.
Vətəndaşlar aidiyyəti qurumlara, xüsusilə Lənkəran rayon İcra Hakimiyyətinə problemlə bağlı dəfələrlə müraciət etdiklərini bildirirlər.
Sakinlır deyir ki, heç bir müraciətə baxılmır, illərdir bu problem aradan qaldırılmır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul











