Bu türk dövlətinin prezidenti “Qazprom”u ölkədən qovmaqla hədələdi

Bu türk dövlətinin prezidenti “Qazprom”u ölkədən qovmaqla hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin qaz təsərrüfatına nəzarət edən Rusiyanın “Qazprom” şirkətini öhdəliklərini yerinə yetirmədiyi təqdirdə infrastrukturu dövlətə qaytarmaqla hədələyib.

Tribuna.az Musavat.com-a istinadən xəbər verir ki, prezident bu barədə Talas vilayətində sakinlərlə görüşü zamanı danışıb. Söhbət Manas rayonunun qazlaşdırılması məsələsindən gedib. Semetey kəndinin sakini Kurmanbek Takeev dövlət başçısından sərhədyanı rayonun qazla təmin olunmasına kömək istəyib.

Japarov bildirib ki, hazırda dövlət “Qazprom”a məxsus qaz sistemi ilə bağlı müstəqil qərar verə bilmir. O xatırladıb ki, Qırğızıstanın qaz təsərrüfatı vaxtilə Rusiya şirkətinə simvolik olaraq 1 dollara verilib. Prezidentin sözlərinə görə, artıq iki-üç ildir şirkətdən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunur.

Picture background“Əgər bunu etməsəniz, ‘Kumtor’ kimi geri qaytaracağam”, – deyə Sadır Japarov xəbərdarlıq edib.Prezident vurğulayıb ki, müqavilədə “Qazprom”un bütün ölkənin qazlaşdırılması üçün maliyyə ayırmasını nəzərdə tutan müddəalar var. Lakin onun iddiasına görə, şirkət bu öhdəlikləri indiyədək tam yerinə yetirməyib.

Qeyd edək ki, Qırğızıstanın milli qaz operatoru “Qırğızqaz” 2014-cü ilin aprelində “Qazprom”a 1 dollara satılıb. Müqaviləyə əsasən, Rusiya şirkəti beş il ərzində qaz infrastrukturunun modernləşdirilməsinə azı 20 milyard rubl investisiya yatırmağı, həmçinin şirkətin borclarını üzərinə götürməyi öhdəsinə alıb. Saziş 25 il müddətinə bağlanıb və 2039-cu ilədək qüvvədədir.

Japarovun “Kumtor” yatağını nümunə göstərməsi də diqqət çəkir. Qırğızıstan 2022-ci ildə Kanadanın Centerra Gold şirkəti ilə razılaşmadan sonra qızıl yatağı üzərində tam nəzarəti özünə qaytarıb. İndi prezident oxşar ssenarinin qaz infrastrukturu ilə bağlı da mümkünlüyünə işarə edir. Beləliklə, Qırğızıstanla Rusiya arasında qaz təsərrüfatının gələcək taleyi ilə bağlı mübahisə açıq müstəviyə çıxıb.