Türkiyədə DƏHŞƏT:  8 nəfəri buna görə güllələdi – Video

Türkiyədə DƏHŞƏT: 8 nəfəri buna görə güllələdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda 8 nəfərin ölümü ilə nəticələnən silahlı hücumun təfərrüatları üzə çıxıb.

Tribuna.az xəbər verir ki, Yukarıtandır, Ayazini və Kıyır kəndlərində baş verən hadisələrlə bağlı qətl şübhəlisi Arif Sefa Özdemirin həmkəndlisi Ali İhsan Adatepe açıqlamalar verib.

Onun sözlərinə görə, hadisələrin başlanmasına şübhəli ilə arasında yaranan borc mübahisəsi səbəb olub. İddialara görə, həmin şəxslər əvvəllər Arif Sefa Özdemiri döyüblər. Daha sonra tərəflər telefonla danışaraq məsələni həll etmək üçün görüşmək barədə razılaşıblar.

Adatepe bildirib ki, şübhəli görüş yerinə gələn şəxslərə pusqu quraraq atəş açıb. İlk hücumdan sonra qaçmağa çalışan Özdemir yolüstü qarşılaşdığı şəxslərdən avtomobillərini tələb edib. Avtomobilini verməkdən imtina edən iki nəfəri də güllələdiyi iddia olunur.

Şübhəlinin daha sonra Qazlıgöl istiqamətində hərəkət edərkən iki qadın müəllimlə qarşılaşdığı bildirilir. O, müəllimlərdən avtomobildən düşmələrini və nəqliyyat vasitəsini dəyişəcəyini tələb edib. Onlardan birinin avtomobildən düşmədiyi, bundan sonra şübhəlinin hər iki qadına atəş açdığı iddia edilir.

Qatil özünü MİT əməkdaşı kimi təqdim edib.

Hadisə ilə bağlı daha bir təfərrüat da məlum olub. DHA-nın məlumatına görə, Arif Sefa Özdemir Eskişəhərin Seyitgazi rayonunda 19 yaşlı Talha Gökgözə məxsus avtomobili ələ keçirib.

O, özünü Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşı kimi təqdim edərək avtomobili silah gücünə götürüb. Şübhəli nəqliyyat vasitəsi ilə Taşlık məhəlləsinə qədər gedib. Avtomobil palçığa batdıqdan sonra onu tərk edərək qaçıb. Daha sonra başqa bir avtomobili də ələ keçirən Özdemir həmin ərazidə saxlanılıb.

Silahlı hücumlar nəticəsində 8 nəfər həyatını itirib. Onlar Ahmet Uzel (57), Bekir Toprak (50), Noman Toprak (56), Seydi Ahmet Aydoğmuş (73), Satı Aydoğmuş (68), İsmail Şen (61), Hilal Mete (31) və Ayşe Sena Demirdir (46).

Hadisə zamanı yaralanan müəllim Sevgi Postalcının isə vəziyyətinin ağır olduğu və süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Hadisə ilə bağlı istintaq davam edir. Hücumların bütün təfərrüatlarının və cinayətlərin motivlərinin araşdırıldığı qeyd olunur.

Nigar İxtiyarqızı